Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

“Moskva iclasında qaçqın-köçkünlərimizin məsələsini xüsusi qabartdıq”

30-06-2016, 17:12 Baxış: 269
“Moskva iclasında qaçqın-köçkünlərimizin məsələsini xüsusi qabartdıq”

"Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 47-ci sessiyasında dünən iqtisadi, siyasət və mədəniyyət komitələrinin iclası olub. Hər 3 komitənin iclasında nümayəndə heyətimizin üzvləri fəal və aktiv iştirak etdilər”.

Bu barədə Tezis.az saytına Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasındakı ( QDİƏT PA) nümayəndə heyətinin və qurumun Mədəniyyət komitəsinin üzvü, deputat Jalə Əliyeva məlumat verib

O, deyib ki, komitələrin iclaslarında əsasən QDİƏT PA-dakı üzv dövlətlərin qaçqın və məcburi köçkün məsələsi müzakirə edilib:

" Komitələrdə əsasən qaçqınların və məcburi köçkünlərin mövcud problemləri qaldırıldı, müzakirə edildi. Üzv ölkələrin qaçqınlarla bağlı qarşılıqlı problemlərinin həlli və onların iqtisadi, sosial və siyasi məsələləri ilə bağlı müzakirələr aparıldı”.

Jalə Əliyeva söyləyib ki, nümayəndə heyətimizin qaldırdığı əsas məsələlər bunlar olub:

"Əsas qaldırdığımız məsələ Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvalarından məcburi köçkün düşmüş soydaşlarımızın hüquqları ilə bağlı oldu.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində azərbaycanlıların 1 əsrdə 4 dəfə etnik təmizləməyə məruz qalmaları çıxışlarımızda iclas iştirakçılarının diqqətinə çatdırıldı”.

Xanım deputat deyib ki, QDİƏT PA-nın üzvü olduğu mədəniyyət komitəsinin iclasında Dağlıq Qarabağdakı erməni vandalizmi məsələsini qaldırıb:

"Mədəniyyət komitəsinin iclasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı soydaşlarımızın qaçqın və məcburi köşkün düşdüyünü xüsusi olaraq vuruğuladıq. Erməni işğalı nəticəsində uzun illər çadır şəhərciklərində yaşadığını, orada doğulub, boya-başa çatan uşaqların ağır şərtlər altında təhsil aldıqlarını, acınacaqlı günlər yaşadıqlarını parlamentarilərin diqqətinə çatdırdıq.”.

Xatırladaq ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının (QDİƏT PA) 47-ci iclası bu il iyunun 28-30-da Moskvada keçirilir. 

Milli Məclisin komitə sədrlərinin müavinləri Eldar Quliyev, Musa Quliyev və Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 47-ci sessiyasında iştirak edirlər. 

Qara dəniz regionunda əməkdaşlıq, sülh, stabillik, çiçəklənməyə töhfə verən iqtisadi və siyasi təşəbbüsləri dəstəkləyən QDİƏT-ə Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Serbiya, Rusiya, Ukrayna, Türkiyə və Rumıniya daxildir.