Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Fransa hadisələri, Makron hakimiyyətinin gələcəyi - Dr. Selin Şenocakla müsahibə

13-12-2018, 17:05 Baxış: 76
Fransa hadisələri, Makron hakimiyyətinin gələcəyi - Dr. Selin Şenocakla müsahibə
Fransada son günlərdə cərəyan edən hadisələr dünya gündəmini zəbt etməkdə davam edir. Hadisələrin inkişafı Fransadakı son durum ilə bağlı olaraq, UNESCO-dakı Paris Universiteti Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin Mədəni Diplomatiya bölməsinin müdiri, Dr. Naciyə Selin Şenocakdan müsahibə alıınıb.
Dr. Dos. Selin Şenocak
- Fransada hadisələrin bu qədər genişlənməsi və xalqın böyük bir qisminin küçələrə axın edib Makronu istefaya çağırmasının arxasında duran əsas məqamlar hansılardır?
- Fransadakı hadisələrin təməlinə baxsaq üsyanın daha dərin bir böhranın təzahürü olduğunu görə bilərik. Pramblem təkcə iqtisadi krizis, infilyasiya deyil, Fransa neo-kapitalizm böhranının bədəlini ödəyir. Hazırda Avropa çox böyük bir iqtisadi böhran yaşayır və Fransada baş verənlər bu böhranın təcəssümüdür. Əslində Fransa tarixi üsyanlar, çevrilişlər və inqilablarla zəngindir. Ona görə də kütləvi tətillər və etiraz aksiyaları fransız xalqının bir növ mədəni ənənəsidir. Bunlar olmasa Fransa da olmaz. Lakin "sarı jiletlilər”in tətil və etirazları başlanğıçda sadə bir xalq reaksiyası kimi formalaşsa da xarici aktorların xüsusilə də yalan xəbər və provakativ məlumatlarla xalqı daha da qəzəbləndirərək etiraz aksiyasını üsyan dalğasına çevirməsi faktı da artıq heç kimə sirr deyil. Fransa aksiyalarındakı iştirakçılar 3 kateqoriyaya bölünürdü; qiymət artımına qarşı çıxan xalq, radikal sağ və radikal sol partiyaların nümayəndələri və ən təhlükəli kateqoriyaya aid olan, xarici aktorlar tərəfindən istifadə edilən yağmalama və dağıtma ilə məşğul olan fransızların "casseur” adlandırdıqları qruplar. Sonuncu qrup onsuz da üsyan qaldırmaq və Fransanı xaosa çəkmək üçün ələrindən gələn hər şeyi edirlər. Makrona gəldikdə isə, Fransa xalqı onu 66% səslə prezident seçmişdi. Xalq Makronu seçdiyi zaman onun Rotschild&Co Bankında rəhbər vəzifələrdə çalışdığını və kapitalist olduğunu bilirdi və Makronu seçməklə radikal sağçı Marina Lepenə qarşı seçimi etmişdi. Makronun nə qədər nüfuzu azalsa da hazırda onun geri addım atması və nümayişçilərə qarşı mülayim siyasət yürütməsi onun bu problemi nəzarətə götürməsi və həlli üçün konkret addımlar atacağını göstərir.
- Fransadakı hadisələrdən əvvəl Fransa siyasəti ABŞ maraqlarının birbaşa əlehinə istiqamətlənmişdi. Ona görə də bu hadisələr ağıllarda belə bir sual yaradır:"Fransa hadisələrinin arxasında ABŞ-mı dayanır?
- Son aylarda Avropa İttifaqı (Aİ) və ABŞ qarşılıqlı gömrük vergilərinin artırılmasıyla ABŞ-ın COP 21 Paris razılaşmasından çıxması ABŞ-ın İrana sanksiya tətbiq etməsi qarşısında Aİ-nin bu sanksiyalara qoşulmaması və İranla ticari əlaqələrə dəvam etirəcəklərini açıqlaması Aİ və ABŞ arasında münasibətlərin kəskinləşməsinə və mənafe savaşına səbəb oldu. Ən son Fransa Prezidenti Makronun müdafiə sənayesində ABŞ hegemoniyasından qurtulmaq üçün təklif etdiyi Avropa Ordusu Aİ və ABŞ arasında mənafe savaşını daha da şiddətləndirdi. Makron hakimiyyətə gəldiyi gündən bəri Fransanı Avropa İttifaqı ölkələri arasında güclü bir Avropa yaratmaq və ittifaqı möhkəmləndirmək üçün ciddi addımlar atan və xarici siyasətdə ABŞ maraqlarına belə məhəl qoymayan bir dövlətə çevirə bilmişdir. Baxmayaraq ki, bəzi fransız siyasətçilər hadisələrdə Rusiyanın barmağının olmasından şüphələnirlər, lakin az öncə qeyd etdiyim Üçüncü kateqoriyaya aid olan nümayişçilərdən ABŞ-ın istifadə etməsi ehtimalı böyükdür. Trampın hadisələrdən sonra verdiyi bəyanatlar bu məsələdə deyilən fikirləri isbat edir. Fikrimcə, bu günlərdə Avropada xaosun meydana gəlməsi ən çox ABŞ maraqlarına uyğundur. Həmçinin bu tipli aksiyaların tərtib edilməsində CİA demək olar ki tamamilə ixtisaslaşıb. Kiçik aksiyaların bu qədər genişlənməsi və Avropanın digər ölkələrinə də yayılması Makrona bir xəbərdarlıq və təhdid mahiyyətəti daşıyır.
 
- Məlum olduğu kimi hadisələr Avropa Ordusu layihəsinin Makron tərəfindən hazırlanıb, beynəlxalq ictimayətə təqdim edildikdən sonra başladı, sizcə hadisələrin məhz bu layihə ilə bir əlaqəsi varmı?
- Əlbətdəki birbaşa bağlılığı var. Makronun qurulmasını təklif etdiyi Avropa Ordusu BMT bənzəri "mavi bərəli” deyə adlandıran hərbi birliklərdən savayı Avropa ölkələrini müdafiə sənayesi texnologiyalarının, "AR-GE” işlərinin və hibrit hücumlar/müharibələr qarşısında NATO-dan asılı olmadan amma paralelində özünə xas ortaq hərbi əməliyyat strategiyaların inkişaf etdirilməsidir. ABŞ Prezidenti Trampın bu mövzuda verdiyi reaksiya da bu vəziyyəti işarə edir. Bu milyardlarla avroluq bir ticarət savaşı deməkdir. Məsələn, Belçika Fransanın ona daha uyğun qiymətə təqdim etdiyi "Rafale” adlı hərbi təyyarələrini almaq yerinə 3,6 milyard avro dəyərində ABŞ-a aid F-35 hərbi təyyarəsini almaq istəməsi başda Fransa olmaqla bir çox Aİ ölkəsi tərəfindən tənqidlə qarşılandı və Fransa açıq bir şəkildə bəyan edir ki, məhz bu tipli bazarları ABŞ-a uduzmaq istəmir. Buna görə də qeyd edə bilərik ki, ABŞ Aİ və Fransa hərb bazarını uduzmamaq üçün hər cür manipulyasiya və provakasiyaya əl ata bilər.
 
- Fransadakı hadisələr Makronu çox yordu və onun nüfuzunu xeyli azaltdı. Sizcə Makron hakimiyyətdən gedə bilərmi?
Həm də əgər Makron hakimiyyətdən gedərsə 2019-cu ildə Aİ-nin iki lider dövləti olan Almaniya və Fransada hakimiyyət dəyişəcək. Əgər bu baş tutsa Aİ-nin daxili və xarici siyasətində nə kimi dəyişikliklər baş verə bilər? - Makronu prezidentlikdən istefa verməz, Makronu prezident edən qüvvələr buna imkan verməz. Eyni qüvvələr Fransaya bu vəziyyətdən çıxmaq üçün bütün imkanları səfərbər edəcəklər. Fransa hökümətində nazirlər aparatında ciddi dəyişikliklər baş tuta bilər. Avropa yuxarıda da qeyd etdiyimiz kimi ciddi bir iqtisadi böhran yaşamaqdadır. Qaçqın problemi, iqtisadi böhran, terroraktlar, Aİ ölkələri arasında yaşanan ziddiyətlər, 2019-cu ilin may ayında baş tutacaq parlament seçkilərinə ciddi təsir edəcək. Radikal sağ və irqçi partiyalar Avropada durmadan sosial bazasını genişləndirir və güclənir. Avropa mövcud həll edə bilməsə dağılma təhlükəsi ilə üz-üzə qalacaq.