Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

"Vakant yerlər gizlədilərsə, vəzifəlilər bu məbləğdə cərimə olunurlar" - DQ-lə bağlı RƏSMİ CAVAB

25-12-2018, 19:40 Baxış: 62
"Vakant yerlər gizlədilərsə, vəzifəlilər bu məbləğdə cərimə olunurlar" - DQ-lə bağlı RƏSMİ CAVAB
Dövlət qulluğunda işəqəbulun imtahanla həyata keçirilməsinə baxmayaraq, müsabiqəyə çıxarılan vakansiyalarla bağlı narazılıqlar hələ də davam edir.
Namizədlər arasında Dövlət İmtahan Mərkəzi tərəfindən bir çox vəzifənin müsahibə elanına çıxarılmaması və bəzi dövlət qurumlarının vakant yerləri gizlətməsiylə bağlı şikayətlər səslənir. Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən rəsmi açıqlama verilib. Məlumatda qeyd olunur ki, "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən, Mərkəz dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir. Eyni zamanda, həmin siyasətin həyata keçirilməsini təmin edir, dövlət qulluğu üçün kadrların seçilməsini, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarəti həyata keçirir. Dövlət Qulluqçularının Reyestrini aparır.
"Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul müsabiqə və ya müsahibə yolu ilə həyata keçirilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən, müsabiqə test imtahanı və müsahibədən ibarətdir. Mərkəz tərəfindən təşkil edilən dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak edərək sertifikat almış şəxslər sertifikatın qüvvədə olduğu müddət ərzində müvafiq vəzifər üzrə müsahibələrdə iştirak edə bilərlər. Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə (ümumi müsahibə) yolu ilə həyata keçirilir. Müsabiqənin müsahibə mərhələsinin və ümumi müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Mərkəzin internet portalında, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən birinci-beşinci kateqoriya dövlət orqanının rəhbəri inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri yaradılıb. Dövlət Qulluqçuları Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən birgə aparılır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, Dövlət Reyestrinə daxil edilən məlumatlarda baş verən dəyişikliklər haqqında aidiyyəti dövlət orqanları tərəfindən Dövlət İmtahan Mərkəzinə hər ay məlumat verilir. Dövlət qulluğuna qəbul edilən şəxslər və digər dövlət qulluqçuları haqqında qanunvericiliklə müəyyən edilmiş məlumatların müvafiq dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinə vaxtında, tam və ya düzgün verilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 600-cü maddəsinə əsasən, vəzifəli şəxslər barəsində üç yüz manatdan altı yüz manatadək məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilə bilər. Müvafiq dövlət orqanları tərəfindən Dövlət Qulluqçuları Reyestrinə daxil edilmiş məlumatlar əsasında Mərkəz tərəfindən mütəmadi olaraq araşdırmalar aparılır, dövlət orqanlarında mövcud olan vakant dövlət qulluğu vəzifələri barədə Mərkəzə məlumatın verilməməsi halları müəyyən edildikdə qanunvericiliyə uyğun olaraq tədbirlər görülür, o cümlədən həmin vəzifələrin tutulması barədə müvafiq qərarın verilməsi üçün dövlət orqanlarına məktublar ünvanlanır. Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci il ərzində müvafiq dövlət orqanlarından daxil olmuş məlumatlar əsasında 30-u mərkəzi icra hakimiyyəti orqanları, 73 –ü isə məhkəmə orqanları olmaqla, ümumilikdə 103 dövlət orqanında mövcud olan 5122 vakant vəzifə üzrə ümumi müsahibə və müsabiqə üzrə müsahibə elanı verilib. 2018-ci il ərzində A növü – inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə müsabiqənin müsahibə elanına ümumilikdə 357 vakant vəzifə çıxarılıb. Elana çıxarılmış vakant vəzifələrə 16 namizəd tərəfindən edilmiş 29 müraciət qeydə alınıb. 2018-ci il ərzində B növü – inzibati icraçı vəzifələr üzrə müsabiqənin müsahibə elanına 4295 vakant vəzifə çıxarılıb. Elana çıxarılmış vakant vəzifələrə 3763 namizəd tərəfindən edilmiş 9480 müraciət qeydə alınıb. Mərkəz tərəfindən 2018-ci il ərzində 470 vakant vəzifə üzrə ümumi müsahibə elanı verilib. Elana çıxarılmış vakant vəzifələr üzrə 544 namizədin müraciəti qeydə alınıb. Qeyd edək ki, yaxın günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən 11 dövlət orqanında 852 vakant vəzifənin tutulması üçün müsabiqə üzrə müsahibə elanı, 6 dövlət orqanında 44 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elanının verilməsi nəzərdə tutulur.