Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Azərbaycandan Makrona müraciət - "Vidadi İsgəndərli terrorçuluğu təşviq edir"

27-12-2018, 11:39 Baxış: 166
Azərbaycandan Makrona müraciət - "Vidadi İsgəndərli terrorçuluğu təşviq edir"
Fransada siyasi sığınacaq alaraq, Azərbaycan dövlətinə və dövlət adamlarına qarşı əxlaqdankənar ifadələr işlədən və antikonstutision çıxışlar edən, terrora çağırış edən ünsürlərdən biri – Vidadi isgəndərliyə qarşı petisiya yaradılıb.
Petisiyada fransızca yazılan mətndə bildirilir: "Dövlət hüquqi təşkilatıdır. Millətin bütün üzvləri dövlətin təsislərinə, atributlarına və simvollarına, eləcə də millətin ümumi iradəsini əks etdirən qanunlarına eyni dərəcədə hörmət göstərməlidirlər.
Bu baxımdan xarici dövlətin ərazisindən insanları zorakılıq və terrorizmə çağırmaq və onları qeyri-konstitusion davranışlara yönəltmək suveren millətin, demokratiyanın ruhuna, beynəlxalq hüquqa zidddir.
Biz Fransada "siyasi sığınacaq" əldə edən, Azərbaycan dövlətinin qurumlarını və simvollarını təhqir edən bir şəxsi avropalı olaraq görünməsini qeyri-məqbul hesab edirik.
Bu şəxs Vidadi İsgəndərlidir.
O, Azərbaycanda yaşayarkən siyasi fəaliyyət göstərməyib.
Ən azı bu səbəbdən heç bir şəkildə "siyasi miqrant" hesab edilə bilməz. Yanlış davranış qaydası ucbatından işdən çıxarıldıqdan sonra o, ictimai şəbəkələrdə yaydığı videolarda ölkədəki vətəndaşlar arasında narahatlıq yaratmaq və hakimiyyəti devirmək üçün bəyanatlar səsləndirib”. Petisiyada bildirilir ki, bu, Azərbaycan dövləti və xalqına qarşı açıq-aşkar bir sabotaj və hörmətsizlikdir. Sonda Fransadan bu təxribatla maraqlanması istənilir.
"Biz Fransa hökumətini Vidadi İsgəndərinin başlatdığı terrora və zorakılıq çağırışlarına ölçü götürməsini istəyirik”.
Qeyd edək ki, petisiyaya BURADAN daxil olmaqla qoşulmaq mümkündür.