Bakı 29° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9127
  • RUB0.0270
  • NEFT$63.78
^
XƏBƏR LENTİ

Ərdoğandan şok FETÖ açıqlaması - "Azərbaycan da"...

28-12-2018, 23:18 Baxış: 63
Ərdoğandan şok FETÖ açıqlaması - "Azərbaycan da"...
Pakistanın Ali Məhkəməsinin ABŞ-ın Pensilvaniya ştatında sığınan Fətullah Gülənin lideri olduğu FETÖ qruplaşmasının terror təşkilatı kimi tanımasına münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yaxın günlərdə Azərbaycanın da oxşar qərar verəcəyini deyib.
"Haberturk” xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
"FETÖ-nün bir terror təşkilatı olduğunu Pakistan da bildirdi.
Bundan sonrakı prosesdə Pakistanda bağlanan FETÖ məktəbləri vəqfimizə təhvil veriləcək. İndi bu proses başlayır.
Eyni zamanda, Azərbaycanda da bəzi müsbət irəliləyişlər var.
Onların da bu məsələ ilə bağlı müjdələrini bu axşam, ya da sabah sizlərə verə bilərik” – Ərdoğan vurğulayıb.