Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Nikolla Putinin görüşünün kadr arxasında nə baş verib? - Sərkisyan

29-12-2018, 17:18 Baxış: 63
Nikolla Putinin görüşünün kadr arxasında nə baş verib? - Sərkisyan
Ermənistan baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin danışıqlarıyla bağlı konkret nəticələr yoxdur və bu, yalnız intriqanı gücləndirir.
Bunu "Sputnik Ermənistan”a açıqlamasında Ermənistan Demokratik Partiyasının rəhbəri Aram Sərkisyan deyib.
Onun sözlərinə görə, hələ də ictimaiyyətə lazım olan cavablar verilməyib və şübhələr qalmaqda davam edir:
"Söhbət ilk növbədə Qarabağ problemi və Ermənistan üçün tədarük edilən qazın qiymətindən gedir.
Qaz məsələsi Ermənistan əhalisi üçün əsas məsələdir.
Danışıqların niyə uzunması bizə çox maraqlıdır.
Rəsmi informasiyadan görünür ki, bu, hansısa protokol görüşünə bənzəyir. Bəs kadr arxasında nə baş verib?”
Sərkisyan həmçinin Putinin eks-prezident Robert Köçəryana təbrik məktubu göndərməsinə də münasibət bildirib.
Onun sözlərinə görə, Köçəryanın həbsinə rəğmən ona məktubun göndərilməsi Rusiya rəhbərliyinin eks-prezidentə münasibətini dəyişdirməyini göstərir.