Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Ərdoğanın Bakı müjdəsi açıqlandı: müəllim həbs edildi

29-12-2018, 20:32 Baxış: 86
Ərdoğanın Bakı müjdəsi açıqlandı: müəllim həbs edildi
Türkiyə Milli Kəşfiyyat Təşkilatı FETÖ-ya daxil olan müəllimi həbs edib. Bu barədə "Hürriyət” qəzeti məlumat yayıb.
Məhməd Gələn adlı FETÖ-çu müəllim Azərbaycanda yaxalanaraq Türkiyəyə aparılıb.
Qeyd edək ki, ötən gün Pakistan Ali Məhkəməsi FETÖ-nu terror təşkilatı kimi tanıdığını elan edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunun böyük önəm daşıdığını və Azərbaycanda da bəzi mühüm yeniliklərin olduğunu, müjdənin bu gün, yəni dekabrın 29-da açıqlanacağını bildirmişdi.
 
***
Türkiyənin "Milliyət” qəzeti Bakıda tutulan FETÖ-çu ilə bağlı yeni məlumatlar yayıb.
Bildirilib ki, M.Gələn 15 iyul çevrilişinə qədər FETÖ-nun Azərbaycandakı məktəblərində çalışıb.
Çevriliş cəhdindən sonra Azərbaycanda FETÖ məktəblərinin bağlanmasıyla əlaqədar Məhməd Gələn saxta pasport hazırlayaraq, Belarusa getməyə çalışıb. Gələn Belarusa girməyə çalışarkən həbs edilib.
Bundan sonra o, Belarusdan Azərbaycana ekstradisiya olunub.
Bakıya gətirilən Gələn bundan sonra MİT-ə təhvil verilib.