Bakı 29° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9127
  • RUB0.0270
  • NEFT$63.78
^
XƏBƏR LENTİ

"Azərbaycan hər zaman..." - Putinin məktubundakı Tarixi mesaj

31-12-2018, 09:43 Baxış: 79
"Azərbaycan hər zaman..." - Putinin məktubundakı Tarixi mesaj
Moskva Ankara ilə ən azı tərəfdaş olmaq istəyir.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Yeni il münasibətilə ilə təbrik etməsinə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib.
O bildirib ki, Yeni il bayramı xristian dini ilə bağlı olduğundan, Ərdoğanın Putinə məktub göndərməsi daha gözlənilən idi: "Putinin Ərdoğana Yeni il məktubunu həm də bir siyasi jest kimi də qəbul edə bilərik. Ələlxüsus da əsədçilərin Menbiçə daxil olması ilə bağlı dezinformasiyası və buna Türkiyənin operativ cavabından sonra Putinin Ərdoğana Yeni il məktubunda, Rusiya-Türkiyə münasibətləri barəsində tərif dolu cümlələr yazması müsbət bir addım kimi dəyərləndirilməlidir.
Məktubda bir ifadə daha çox marağımı cəlb etdi.
Putin qeyd edib ki, Rusiya ilə Türkiyə Avrasiya məkanının təhlükəsizliyini gücləndirməyə birgə davam edəcək.
Bu cümlə o deməkdir ki, Rusiya region və dünyada artıq Türkiyə reallığını qəbul edib.
Bu hamısı AKP-nin son illərdə apardığı ağıllı xarici siyasətinin nəticəsidir”.
Politoloq vurğulayıb ki, Türkiyə-Rusiya yaxınlaşması Azərbaycana da xeyirdir:
"Tarixə baxsaq, görərik ki, Türkiyə Rusiya yaxınlaşması zamanı Azərbaycan hər zaman qazanan tərəf olub.
Türkiyə güclənməkdə davam etdikcə Moskva ilə Ankara daha çox bir-birinə yaxınlaşacaq.
Şimali Suriya terrorçulardan təmizlənəndən sonra isə hər an Qarabağımızda mehmetciyimizi görə bilərik”.