Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib

Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi növbəti il üçün təsdiqlənib.
Nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev Qərbi Avropa bürosuna bildirib ki, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov eyni zamanda AŞPA-nın yenidən vitse-prezidenti seçilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri deputatlar - Rafael Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyevdir.
Qeyd edək ki, bu gün AŞPA-nın qış sessiyası başlayıb və yanvarın 25-nə kimi davam edəcək.