Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Paşinyan İlham Əliyevlə görüşün detallarını açıqladı

Paşinyan İlham Əliyevlə görüşün detallarını açıqladı
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda baş tutan qeyri-rəsmi görüşü haqda danışıb.
Səhifəsində canlı yayımda çıxış edən Paşinyan eyni zamanda öz ünvanına səsləndirilən tənqidlərə də cavab verib.
"Aydındır ki, bu, İlham Əliyevlə üçüncü görüşümüzdür. Son aylar bizim iştirak etdiyimiz hansısa tədbir zamanı görüş imkanından imtina etməməklə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müzakirələrimiz olub.
Bu, qeyri-rəsmi görüşlərdir”, - deyə o bildirib. Paşinyan Davosda forumun təşkilatçıları tərəfindən bu görüşün təklif edildiyini və hər iki tərəfin bunu qəbul etdiyini deyib.
Paşinyan bildirib ki, Davos və ondan əvvəlki görüşlər zamanı indiyə qədər Azərbaycanla Ermənistan arasında olan danışıqlar prosesi, konfliktin həllinə şərait yaradılması imkanlar, buna yaradılan maneələr və s. müzakirə olunub. Baş nazir həmçinin görüşdə konkret heç nəyin müzakirə olunmadığını deyib.