Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Saakaşvili Gürcüstanda hakimiyyətin 72 saat ərzində dəyişilməsi ssenarisindən danışıb

28-01-2019, 08:41 Baxış: 89
Saakaşvili Gürcüstanda hakimiyyətin 72 saat ərzində dəyişilməsi ssenarisindən danışıbGürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bildirib ki, onun sərbəst hərəkətinə imkan verilsə, ölkəyə qayıtmaq və orada hakimiyyəti əvəz etmək istəyir.
Bu haqda o, "Rustavi 2" telekanalının efirində bildirib. "Hesab edirəm ki, Gürcüstanın aktiv hissəsi və müxalifət mənim ölkədə 72 saat sərbəst hərəkətimi təmin etməyə hazırdır, mən vətəndə olacağam. Bu, rəhbərliyin dinc yolla dəyişilməsi ssenarisidir",- deyə siyasətçi qeyd edib. O, həmçinin Gürcüstan hakimiyyətini dəli ilə müqayisə edib. Sabiq prezident bildirib ki, hakimiyyəti "faciəsiz, zorakılıqsız və qurbanlarsız neytrallaşdırmaq" lazımdır. Saakaşvili 2004-2007 və 2008-2013-cü illərdəprezident vəzifəsini icra edib. O, prezident səlahiyyətlərini bitirdikdən sonra Gürcüstanı tərk edib. Siyasətçiyə qarşı bir neçə cinayət işi qaldırılıb və Saakaşvili barədə ölkədaxili axtarış elan edilib.
Daha əvvəl Mixeil Saakaşvili Gürcüstan vətəndaşlarını kütləvi itaətsizliyə çağırıb.