Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Prezident Saray nənə ilə görüşündən danışdı

12-02-2019, 22:12 Baxış: 128
Prezident Saray nənə ilə görüşündən danışdı
Bu görüş məndə də böyük təəssürat doğurdu, böyük iz buraxdı.
Bu sözləri Prezident İlham Əliyev Real TV-yə müsahibəsində Şamaxıda görüşdüyü Saray nənənin hələ də bu görüşün təsiri altında olması barədə Mir Şahinin sualını cavablandırarkən deyib. "Saray nənə Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə əks etdirir. Saray nənə kimi analar, nənələr bizim milli-mənəvi dəyərlərimizi əsrlər boyu qoruyan insanlar olubdur.
Hər bir Azərbaycan qadını Saray nənəyə oxşamaq istəyər – məncə, bu belədir. Çünki evi dağılmış, 92 yaşında bir qadındır, amma Saray nənədə nə qədər nikbinlik var, nə qədər inam var ki, dövlət onun yanında olacaq! Mən, sözün düzü, Şamaxıya gedəndə bilmirdim ki, Saray nənə ilə rastlaşacam. Mən zəlzələdən ziyan çəkmiş evlərə baxırdım, ordakı vəziyyətlə tanış olurdum. Saray nənəni görəndə bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu gördüm; biz nə qədər öz xalqımızla fəxr edə bilərik... Ən ağır vəziyyətdə - evi uçub, heç bilmirdi kimsə köməyinə gələcək, ya gəlməyəcək, evi təmir olunacaq, ya olunmayacaq, yeni ev tikiləcək, yoxsa yox... – amma nə qədər bu insanda inam, nikbinlik, xeyirxahlıq var. Saray nənə kimi nənələr Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Və biz əsrlər boyu bir xalq kimi, millət kimi inkişafımızda Saray nənələrə borcluyuq. Bu görüş məndə də böyük təəssürat doğurdu, böyük iz buraxdı. Ümid edirəm ki, Saray nənə ilə bir daha görüşəcəm və onun yeni evinin açarını ona təqdim edəcəm”.