Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Zahid Orucun yeni təyin olunduğu qurum nə iş görəcək?

15-02-2019, 12:57 Baxış: 60

Zahid Orucun yeni təyin olunduğu qurum nə iş görəcək?

Bir neçə gün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin rəhbəri təyin olunan deputat Zahid Oruc yeni işi ilə bağlı açıqlama verib.

Z.Oruc bu mərkəzin yaradılmasının dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəldiyini qeyd edib:

"Məqsəd hakimiyyət institutlarına ictimaiyyətin münasibətini həm də bu yolla öyrənməklə dövlət quruculuğu prosesinə aktiv yön vermək, xalq qarşısında hesabatlı, şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir.

 

İndi hər kəs qəbul edir ki, istənilən rəsmi qərar cəmiyyətin ona hazırlanmasını, millətin həmin siyasətdə aktiv iştirakını tələb edir. Sosial Tədqiqatlar Mərkəzi öz imkanları və səlahiyyətləri daxilində əldə etdiyi təhlilləri, hesabatları və rəy sorğularını daimi əsasda ölkə rəhbərliyinə təqdim etməyə çalışacaq.

O ki, qaldı əməkdaşlıq edəcəyimiz qurumlara, onlar bəllidir. İstər beynəlxalq təşkilatlar, istərsə də yerli institutlar, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə çiyin-çiyinə çalışmaq bizim üçün bir nömrəli vəzifədir”.

Zahid Oruc bildirib ki, təkcə mövqeyi dövlətin iqtisadi-siyasi xəttinə yaxın olan iqtisadçılarla deyil, eləcə də fərqli dünyagörüşü daşıyan istənilən fikir adamı ilə ünsiyyətə, əməkdaşlığa və işgüzar münasibətlərə hazırdır.

Daha sonra o, təşkilati işlərlə bağlı məlumat verib: "STM-in yaradılmasının təşkilati bazası keçmişdə mövcud olan Strateji Araşdırmlar Mərkəzinin kadr və inzibati binası əsasında həyata keçiriləcək. Ona görə bir sıra hüquqi prosedurları sürətlə keçmək ərəfəsindəyik. Amma bu işlər bir qədər zaman alacaq.

Xüsusi vurğulamaq istəyirəm ki, Mərkəzin işçi heyətinin mühüm bir hissəsi əvvəlki illərdə SAM-da daxili siyasət üzrə çalışan insanlardan ibarət olacaq. Yerdə qalan vakansiyalarda təmsil olunacaq şəxslərə dair müxtəlif tələblər mövcuddur və onu da ən qısa zamanda bildirəcəyik. Ölkə rəhbərinin tapşırığı ilə savadlı, intellektual gəncləri sıralarımıza almağa heç kəsin şübhəsi olmasın!”