Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır

22-02-2019, 08:56 Baxış: 79
Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır
Fevralın 21-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası çərçivəsində İnsan haqları və humanitar məsələlər komitəsinin iclası keçirilib.
İclasın əsas mövzusu "Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri” olub. İclasda Azərbaycan nümayəndələri də çıxış ediblər. Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili çıxışında qeyd edib ki, İnsan Hüquqları və Terrorizmlə Mübarizə Təlimatlarına əsasən, "Dövlətlər onların ərazisində yaşayan bütün insanların hüquqlarını, xüsusilə də onların yaşama hüququnu terrorçu aktlara qarşı qorumaq üçün lazım olan bütün tədbirləri görməlidirlər". Həmçinin bildirilib ki, çox vaxt terror aktlarını törədən və ya planlaşdıranlar da atdıqları addımlarla insanların hüquq və azadlıqlarına müdaxilə etmiş olurlar. Deputat qeyd edib ki, xarici müdaxilələr, qonşu ölkəyə qarşı təcavüz və işğalçılıq siyasəti də insanların yaşamaq hüququnu məhdudlaşdırır. Azərbaycanda 1 milyondan çox məcburi köçkünün həyatında bu, müşahidə edilir. T.Mirkişili sonda bildirib ki, məhdudiyyətlərin tətbiq olunmasında milli və ictimai təhlükəsizlik arasındakı balans saxlanılmalıdır. Ümumi olaraq, milli və ictimai təhlükələrin aradan qaldırılması məhdudiyyətlərin tətbiqinə şərait yaratmaz.