Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Fuad Abbasov: Məni hər an öldürə bilərlər - Video

23-02-2019, 07:08 Baxış: 194
Fuad Abbasov: Məni hər an öldürə bilərlər - Video
Tanınmış jurnalist, Rusiyada Azərbaycanın maraqlarını qoruyan və buna görə də tez-tez hədəfə gələn Fuad Abbasov növbəti açıqlamasını yayıb.
F.Abbasov bu dəfə studiyadan deyil, ticarət mərkəzlərindən birinqdən canlı yayım edib.
Video-müraciətində jurnalist ona qarşı ermənilərin başlatdığı kampaniyaya diqqət çəkib. Məşhur jurnalist qeyd edib ki, ona qarşı təhdidlər artır: "Mənfur qonşularımız internet məkanından öz kilsələrinə keçiblər.
Onlar əvvəl internet məkanında mənə qarşı kampaniya aparırdılar. İndi də öz kilsələrində mənə qarşı cinayət işi qaldırmaq üçün imzatoplama kampaniyası keçirirlər. Rusiya Cinayət Məcəlləsinin 232-ci maddəsinə görə, millətlərarası münaqişə yaratmaq üzrə cinayət işi başladılıb. Məqsəd məni ya ölkədən xaric etmək, ya da həbs etdirməkdir”.
Fuad Abbasov həbs olunma ehtimalına da toxunub və hətta bu müraciətin sonuncu ola biləcəyini deyib. Qeyd edib ki, onu təmənnasız müdafiə etmək üçün yüzlərlə müraciət alıb və azərbaycanlı hüquqşünaslar ciddi şəkildə bu prosesə hazırlaşırlar.
Ölüm təhdidinə baxmayaraq, F.Abbasov qorumadan və zirehli maşından imtina edib. Daha ətraflı videoda...