Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb

26-02-2019, 08:11 Baxış: 118
Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb
Gürcüstan Prezidenti Salome Zurabişvilinin fevralın 27-də Bakıya edəcəyi rəsmi səfəri qonşu Azərbaycanla strateji tərəfdaşlığın davam və inkişaf etdirilməsi məqsədi daşıyır.
Bu barədə Gürcüstanın Prezident Administrasiyasının Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, siyasi, iqtisadi, ticari münasibətlərin dərinləşdirilməsi ilə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi prioritet olacaq. Bu da illər boyu gürcü və Azərbaycan xalqları arasında mövcud olan mehriban qonşuluq və dostluq əlaqələrinə əsaslanır. Məlumatda S.Zurabişvilinin səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirəcəyi, həmçinin Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanda yaşayan gürcüstanlı tələbələr və biznes sektorunun nümayəndələri ilə də görüşlərinin nəzərdə tutulduğu vurğulanıb.
Dövlət başçısının başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın Prezident Administrasiyasının üzvləri və digər rəsmi şəxslər daxil olacaq.