Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

KXDR lideri Kim Çen Inın Vyetnama səfəri başlayıb

26-02-2019, 15:01 Baxış: 75
KXDR lideri Kim Çen Inın Vyetnama səfəri başlayıb
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampla görüş üçün Vyetnama səfərə gəlib.
Xarici KİV-lər xəbər verir ki, Kim Çen In Vyetnama Çin ərazisindən keçməklə qatarla gedib. Fevralın 23-də yerli vaxtla saat 17:00-da Pxenyandan qatarla yola düşən KXDR lideri təxminən 3 sutka yarımdan sonra Vyetnamın Çin ilə sərhədində yerləşən Donq Danq şəhərinə çatıb.
Şimali Koreya lideri Donq Danqdan təxminən 170 kilometr məsafədə yerləşən paytaxt Hanoya avtomobillə yola düşüb.
Qeyd edək ki, fevralın 27-28-də ABŞ və KXDR liderlərinin Hanoyda ikinci görüşü keçiriləcək.