Bakı C Temperatur

80

3m/s

  • USD1.7000
  • EUR1.9270
  • RUB0.0259
  • NEFT$68.49
^
XƏBƏR LENTİ

BDU-nun nazir oğlu olan yeni rektoru – Dosye

11-03-2019, 20:45 Baxış: 18
BDU-nun nazir oğlu olan yeni rektoru – DosyeXəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.
Yeni rektorun tərcümeyi-halını təqdim edirik.
Elçin Səfəralı oğlu Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub.
Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib.
Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Elm sahəsi astrofizika, radioastronomiyadır. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini, ŞAR-ın "Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin rəhbəridir.
21 oktyabr 2009-cu ildən bu günədək Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışıb. Fond Prezident İlham Əliyevin yanvarın 14-də imzaladığı Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilib. Elçin Babayev 2005-c ildə "Tərəqqi” medalı ilə təltif olunub.
Onun atası Səfəralı Babayev (1923-2003) coğrafiya elmləri doktoru, AMEA-nın müxbir üzvü olub.
Uzun illər bir sıra vəzifələrdə çalışıb, o cümlədən 1957-ci ildən Naxçıvan Muxtar Respublikası maarif nazirinin müavini, 1968-ci ildə muxtar respublikanın maarif naziri vəzifəsində işləyib. 1959-2003-cü illərdə Respublika Coğrafiya Cəmiyyəti Naxçıvan filialının sədri olub. Səfəralı Babayev uzun illər Naxçıvan MR Ağsaqqallar Şurasının sədr müavini və sədri vəzifələrini də daşıyıb.