Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Prezident 5 nəfərə general rütbəsi verdi

27-03-2019, 13:42 Baxış: 134
Prezident 5 nəfərə general rütbəsi verdi
Prezident İlham Əliyev Orxan Sultanova general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilib.

Prezident başqa bir sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verib:

general-leytenant ali hərbi rütbəsi

general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova

general-mayor ali hərbi rütbəsi

polkovnik Araz Süleyman oğlu Əhmədova

polkovnik Zaur Aydın oğlu Əliyevə

polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə

Dövlət başçısı Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və musiqi təhsilinin inkişafında xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin müəllimi Tahirə Ənvər qızı Cəfərovaya "Əməkdar müəllim” fəxri adı verib.