Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Saakaşvilinin ən böyük düşməni kimdir? - Özü açıqladı

30-03-2019, 11:07 Baxış: 79
Saakaşvilinin ən böyük düşməni kimdir? - Özü açıqladı
Putin bizim hamımız üçün düşməndir.
Bunu "Gordonua.com”a müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
Jurnalistin Putin yoxsa Poroşenkonun onun ən böyük düşməni olması sualına Saakaşvili birinci deyə cavab verib: "Birmənalı şəkildə Putin hamımız üçün düşməndir, Poroşenko isə böyük problemdir. İvanişvili Gürcüstanı məhv etdiyi kimi, o da Ukraynanı öldürür. Müəyyən mənada Putini belə rəhbərlər qane edir. Ona görə ki, onlar bizim ölkələri məhv edirlər.
Niyə Putin Ukraynaya genişmiqyaslı hücum təşkil etmir? Halbuki, o bunu rahat şəkildə edə bilərdi.
Birinci növbədə o, "beynəlxalq qiymət”dən qorxur, ikincisi isə o, Ukraynanın öz-özünə dağılacağını düşünür” – deyə o bildirib.