Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

İstanbul savaşı başa çatdı - Qalib kimdir?

31-03-2019, 19:42 Baxış: 62
 
İstanbul savaşı başa çatdı - Qalib kimdir?

Bələdiyyə seçkilərində AKP ilə CHP-nin ən ciddi mübarizə məkanlarından biri də İstanbuldur.

Bu vaxta qədər İstanbulda seçki bülletenlərinin 98,78 faizi sayılıb. Hazırda AKP (Binəli Yıldırım) İstanbulda 48,71 faizlə (4.111.219 səs) irəlidədir. Ona CHP-çi Əkrəm İmamoğlu çox cüzi səslə uduzur. Belə ki, Ə.İmamoğlu 48,65 faiz (4.106.776 səs) toplayıb.

Paytaxt Ankarada CHP 50,36% səslə 47,43% səs toplayan AKP-ni geridə qoyur.

***

AKP-nin İstanbul bələdiyyə başqanlığına namizədi Binəli Yıldırım bu dəqiqələrdə açıqlama verdi.

"İstanbulda səslərin sayımı qeyri-rəsmi olaraq başa çatıb. Bu nəticəyə görə, seçkini qazandıq, istanbullulara etimada görə təşəkkür edirəm. Millətimiz üçün xeyirli-uğurlu olsun", - deyə Yıldırım qələbəsini elan etdi.

***

AKP-nin İstanbul təşkilatının sədri Bayram Şənocaq cəmi 3 min 870 səs fərqi ilə qalib gəldiklərini açıqlayıb. B.Şənocaq ümumilikdə 290 mindən çox bülletinin də ləğv edildiyini bildirib.

CHP bu nəticəyə etiraz edib və səslərin onların xeyrinə olduğunu bildirib.

Qeyd edək ki, son rəqəmlər hələ açıqlanmayıb.