Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Tonoyanın müharibə sərsəmləməsini deputatları dəstəklədi

1-04-2019, 16:20 Baxış: 94
Tonoyanın müharibə sərsəmləməsini deputatları dəstəklədi
Ermənistan Müdafiə naziri David Tonoyanın səsləndirdiyi sərsəm bəyanatı Ermənistanın hakim Mənim Addımım Blokunun üzvləri də müxtəlif vasitələrlə dəstəkləməyə başlayıb.Bu gün jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri, Mənim Addımım Blokundan olan deputat Andranik Köçəryan Tonoyanın fikirlərini şərh edərək, Ermənistanın guya Azərbaycanı sülhə məcbur edərək, atəşkəs əldə etdiyini bildirib. "Bu gün bizim hansısa əlavə hərbi məsələləri həll etmək planında heç bir problemimiz yoxdur. Əminliklə deyə bilərəm ki, biz sülh problemini ordumuzun yarandığı andan həll etmişik”, – deyə o söyləyib. Parlamentin Xarici Siyasət Komissiyasının sədri Ruben Rubinyan isə Ermənistanın hər zaman Qarabağ konfliktinin həllini sülh yoluyla istədiyini deyib: "Biz heç zaman yeni müharibə istəməmişik. Bütün bəyanatlarımız hazırkı konfliktin sülh yoluyla həllinə yönəlib”. Qeyd edək ki, Vyana görüşündən dərhal sonra Ermənistan Müdafiə naziri David Tonoyan Nyu Yorkda erməni icması qarşısında çıxış edərək, İrəvanın Azərbaycana heç bir torpaq qaytarmayacağını bildirib. O, həmçinin "sülh naminə ərazi” formulu əvəzinə "yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəklərini, hücum bölmələrinin sayını artıracaqlarını” açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi Tonoyanın bu bəyanatına sərt reaksiya verib.