Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

İrəvan Bakıya görə silkələnir, Bakıda isə qızlar...

1-04-2019, 16:26 Baxış: 69
İrəvan Bakıya görə silkələnir, Bakıda isə qızlar...
Gündəm "Kazbek”ə "şey” basım, zırlanım”la başlayan "meyxanafason mahnı” sədaları altında oynayan qızlarla silkələnir.
Trеndə çevrilmiş bu videoda qızlar sıraya düzülüb, bir ağızdan "Kazbek”ə "şey” basırlar.
Maraqlısı budur ki, əhli-hal olmaq, məktəblisindən tutmuş yanıbalalısına qədər, arzu imiş - video bunu göstərir. Bildiyimə görə, keçmişdə "Kazbek” adlı filtrsiz papiros olub ki, ondan nəşə çəkənlər istifadə edirmiş. Vaxt keçir və bu "şey sevgisi”nə bir çox bəstələr həsr edilir, meyxanalar yazılır. Bu, musiqi mədəniyyəti (və ya mədəniyyətsizliyi) deyil, bu, tərbiyəsizlik də deyil, bu, abırsızlıqdır. Bu, bilərəkdən, yaxud bilməyərəkdən narkotikin leqallaşdırılması uğrunda kampaniyadır. İndi minlərlə gənc hesab edir ki, artıq "Kazbek”ə şey basıb” fırlanmaq olar. Əslində isə ritm səni aldadıb, şüuraltı səninlə "oynayır”. "Oynamaq” çox zaman köməyimizə gəlmir Adamlar eyni göz və qulaqla doğulur, amma fərqli görür və eşidir. Kimi Akif İslamzadəyə qulaq asır, kimi Mayl Ceksona, kimi Nəsiminin qəzəllərini oxuyur, kimi Afətin Nəsiminin qəzəlini şikəst edən mahnısını dinləyir... Kimi də Üzeyirə, rəhmətlik Aydına... Bu, bir zövq işidir – kimsəyə məcbur edə bilməzsən ki, bunu dinlə, onu yox. Amma kimsənin də haqqı yoxdur ki, cinayəti təbliğ etsin. "Kazbeki”ni çək, bayağılaş, canın cəhənnəm, amma sən bunu kütləvi şüura, ictimaiyyətə bu şəkildə yeridə bilməzsən. Bu gün sənin milyonlarla izləyicisi olan bu videonu təsadüfən internetdə görən 7 yaşlı qardaşım oğlunun suallarına necə cavab verim, bilmirəm. Amma bu gün "Kazbek”ə "şey” basan qızlarımız çətin ki, gələcəkdə cənnəti ayaqlarının altında daşımağa layiq olsunlar. Oğlanlaşan qızlar, yoxsa "lotuşan" gənclər? Geyim sənin necə olduğunu tam deməsə də, qismən deyir. Yəni sənin corabın ayaqqabının içində mütləq gizlənməli və sənin qatladığın şalvarından ayağın görünməlidirsə, bu, dəb deyil, tərz də deyil... Bu, sənin fərqsizliyindir. Sizin "müasir” dedikləriniz əslində sizi məhv edənlərdir. Corabla başlayır bəlkə də indiyə qədər qoruduqlarımızı məhv etmək, and içdiklərimizə inanmamaq... Özlərini siqaret tüstüsü ilə, avara həyat tərzi ilə təsdiq etdiyini düşünənlər, bununla fərqlənənlər, yaxud bu tip mahnılarla rahatlıq tapanlar yəqin ki, bu cür də ölüb gedəcəklər. Hamı Cahandar ağa olmamalıdır, bilirəm. Amma hamınız Həmzə, Yalıncıq da ola bilməzsiniz. Efirdəki mavilərin, sponsor hesabına məşhurlaşan əli mikrofonlu fahişələrin əlində cəmləşmiş mədəniyyətimiz bizi çox da uzaqlara aparmayacaq. Və elə buna görə də özünü heç nəylə təsdiq etməyən, ata hesabına "kişi olan” südəmərlərin arzusu təbii ki, mafiya, oğru dünyasının hüdudlarını aşa bilmir. Çünki siz elm, kitab sınağına çəkilmirsiz. Çünki siz elminizlə yox, bahalı telefonunuzla, maşınınızsa, qırmızı işıqda keçməyinizlə, qanunsuzluq edib, polisdən qaçmağınızla, çayxanada çəkdiyiniz qəlyandan daha qalın tüstü buraxıb, sosial şəbəkədə yaymağınızla fərqlənmək istəyirsiniz. Çünki çox cılızsınız, miskinsiniz, zavallısınız! Çünki istedad və qabiliyyətiniz yoxdur: özünü siqaret tüstüsünü daha yaxşı buraxmaq uğrunda mücadiləyə həsr edən siz binəvalardan bizlər hansı kişilik, ləyaqət gözləyə, Qarabağı uma bilərik?! Ötən həftə Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağla bağlı ilk rəsmi görüşü baş tutub. Ermənistan cəmiyyəti hələ də silkələnir bu xəbərlərlə! Dünya mediası dünəndən Türkiyədə və Ukraynadakı seçkilərlə titrəyir! 31 Mart Soyqırımı günündə, Aprel zəfərinin 3-cü ildönümü ərəfəsində bizim gündəmimizə bax, İlahi: Qızları çılpaq halda oynadan gedələrin əxlaqsızlığı, "Kazbek”ə "şey” dolduran nanəciblərin təbliğatı...