Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Qahirədə Misir və Rusiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər

6-04-2019, 18:55 Baxış: 74
Qahirədə Misir və Rusiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər
Qahirədə Misirin və Rusiyanın xarici işlər nazirləri Sameh Şükrü və Sergey Lavrov arasında danışıqlar olub Nazirlərin görüşündə ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafı, Yaxın Şərq regionunda vəziyyətin sabitləşməsi istiqamətində Moskva ilə Qahirə arasında əlaqələndirmə məsələləri müzakirə olunub.
Bununla yanaşı, Fələstin problemi, Liviya, Suriya və Yəmən də daxil olmaqla regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşün yekunlarına dair keçirilən mətbuat konfransında Sameh Şükrü Liviyada bütün münaqişə tərəflərini təmkinli olmağa, hərbi ssenarilərdən qaçmağa və ölkədə vəziyyətin normallaşması istiqamətində BMT-nin beynəlxalq elçisinin səylərinə müsbət yanaşmağa çağırıb. O, həmçinin Liviyadakı ordu strukturlarını və bütün institutları birliyə səsləyib. Misirli nazirin sözlərin görə, Liviyada münaqişə silahlı yolla deyil, siyasi dialoq vasitəsilə nizama salınmalıdır. S.Şükrü Qahirənin bu ölkədə sabitliyin bərqərar olması üçün müvafiq beynəlxalq səyləri dəstəklədiyini təsdiq edib. Sergey Lavrov qeyd edib ki, Rusiya və Misir regiondakı münaqişələrin siyasi, diplomatik və sülh yolu ilə, habelə kənardan heç bir müdaxilə olmadan beynəlxalq hüquq normaları əsasında həllinin tərəfdarıdırlar. Rusiyanın xarici işlər nazirinin sözlərinə görə, tərəflər bütün aktual məsələlər üzrə əlaqələndirməni davam etdirəcəklər.
S.Lavrov əlavə edib ki, görüşdə terrorçuluqla mübarizə, Suriya, Liviya və Yəmən kimi regiondakı gərginlik ocaqları ətrafında fikir mübadiləsi aparılıb. Liviyadakı böhrana toxunan rusiyalı nazir Moskvanın bu ölkədəki bütün siyasi qüvvələri dəstəklədiyini vurğulayıb və qeyd edib ki, onlar kənardan müdaxilə olmadan öz aralarında razılığa gəlməlidir. Qeyd edək ki, bundan əvvəl Sergey Lavrovu Misir Prezidenti Əbdülfəttah əs-Sisi də qəbul edib.