Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Prezidentin təltif etdiyi Bağırov kimdir?

8-04-2019, 22:47 Baxış: 78
Prezidentin təltif etdiyi Bağırov kimdir?
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu gün Elçin Bağırov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Elçin Bağırov fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisidir. 
O, 8 aprel 1959-ci ildə Gəncə şəhərində anadan olub.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 18 iyun 1984-cü ildən 2 mart 1992-ci ilə qədər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində II katib, I katib kimi çalışıb.
4 may 1992-ci ildən 25 mart 2004-cü ilə kimi isə nazirliyin Dövlət protokolu idarəsi rəisinin müavini və rəisi vəzifələrində işləyib.
Elçin Bağırov 2 mart 1992-ci ildən 2 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Dövlət katibinin köməkçisi, 25 mart 2004-cü ildən bu günə kimi Protokol xidmətinin rəisi işləyir.