Bakı 16° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Sudan prezident devrildi - Xalq bayram edir

11-04-2019, 14:58 Baxış: 37
Sudan prezident devrildi - Xalq bayram edir
Sudanda hərbi çevriliş baş verib.
Bu barədə Livanın "Əl-Mayadin" kanalı məlumat yayıb. Kanal ordunun Prezident Ömər əl Bəşiri istefaya göndərmək üçün xüsusi iclas keçirməyə qərar verməsi haqqında məlumat yayıb. Məlumata görə, ordu tezliklə keçid dövründə ölkəni idarə etməsi üçün hərbi şuranın yaradılacağını elan edəcək. Bu keçid dövrünün 1 ilə qədər davam edəcəyi vurğulanıb. Sudanın "Sudan Tribune” qəzeti isə artıq paytaxt Xartumda ordunun Baş Qərargahında Ömər əl Bəşirin iştirakı olmadan fövqəladə iclasın keçirilməsi barədə məlumat yayıb. Qəzet ordu qüvvələrinin dövlət televiziyasının binasını ələ keçirdiyini və canlı yayım vasitəsilə vacib bəyanat veriləcəyini yazıb. Küçələrdə hərbçilərin sayının artırıldığı bildirilib.
 
***
"Əl-Arabiya” telekanalının məlumatına görə, Sudan ordusu prezident sarayını, radio və televiziyanı nəzarətə götürüb. Dövlət başçısının cangüdənləri saxlanılıb, Sudan Prezidenti Ömər əl Bəşirin özü isə ev dustağı edilib. "Əl-Hadath” telekanalının məlumatına görə isə hazırda Sudanda minlərlə insan Ömər əl Bəşir hakimiyyətinə son qoyulmasını bayram edir.

***
Sudanın kəşfiyyat orqanları iqtidardakı Milli Konqres Partiyasının 100-dən çox idarəçisini həbs edib. Məlumata görə, həbs olunanlar arasında Sudanın eks-müdafiə naziri Əbdürrəhim Hüseyn, Ömər əl Bəşirin şəxsi qvardiyasının üzvü, hakim Milli Konqres Partiyasının sədri Əhməd Harun, Ömər əl Bəşirin keçmiş müavini Əli Osman Tax yer alıb. Bununla bərabər Xartum beynəlxalq hava limanı uçuşlar üçün qapadılıb.
 
***
Prezident Ömər əl-Bəşir istefaya getdiyi açıqlayıb. Bu barədə "Röyter” məlumat yayıb.
Hazırda keçid hökumətinin formalaşdırılması ətrafında müzakirələr aparılır.