Bakı 16° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Çində kimya zavodunda partlayışla bağlı şübhəli bilinənlərin sayı 26 nəfərə çatıb

17-04-2019, 08:23 Baxış: 5
 
Çində kimya zavodunda partlayışla bağlı şübhəli bilinənlərin sayı 26 nəfərə çatıb

Çinin hakimiyyəti ölkənin şərqindəki Szyansu əyalətində kimya zavodunda baş verən partlayışda iştirakda şübhəli bilinən 26 nəfərbarəsində müxtəlif ehtiyat tədbirləri tətbiq edib.

Bu barədə Yançen şəhərinin partiya komitəsinin bəyanatında deyilir.

Qeyd edilir ki, aprelin 15-də ictimai təhlükəsizlik orqanları "Szyansu tyanszyai" şirkətinin daha 17 əməkdaşını cinayətin törədilməsində şübhəli bilib. İndi eyni tədbirlər toplam olaraq 26 şəxsə qarşı görülüb.

Xatırladaq, martın 21-də Çində kimya zavodunda partlayış olub. Nəticədə 78 nəfər həlak olub, 600-dən çox insan xəsarət alıb.