Bakı 16° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Gürcüstan hökuməti bu il ölkə iqtisadiyyatına 200 milyon dollar sərmayə cəlb etmək niyyətindədir

Gürcüstan hökuməti bu il ölkə iqtisadiyyatına 200 milyon dollar sərmayə cəlb etmək niyyətindədir
Gürcüstan bu il ölkə iqtisadiyyatına 200 milyon ABŞ dolları həcmində sərmayə cəlb etmək niyyətindədir.
Bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobulia söyləyib. Nazir deyib ki, Gürcüstan bu il həm də xaricdən məhsul alışını azaldacaq və ixraca daha çox üstünlük verəcək. Bu il ixracın həcminin 600 milyon dollardan 700 milyon dollara çatdırılması nəzərdə tutulub. Hökumət, həmçinin xarici şirkət və investorların hüquqlarının qorunması barədə mühüm addımlar atacaq.
Bu da ölkəyə sərmayə qoyuluşunun, yerli istehsalın həcminin artmasına səbəb olacaq.
Nazirin sözlərinə görə, 2019-cu ilin birinci rübündə müəyyən sahələrə 30 milyon 250 min lari sərmayə qoyulub.