Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Ukrayna prezidenti Zelenski olacaq? - Reytinq

19-04-2019, 07:56 Baxış: 120
 Ukrayna prezidenti Zelenski olacaq? - ReytinqUkraynada prezident seçkilərinin ikinci turuna iki gün qalmış namizədlərin reytinqi açıqlanıb.
Mixail Draqomanov adına Sosioloji Araşdırmalar Mərkəzinin açıqladığı sorğunun nəticələrinə görə, seçicilərin 54 faizi Vladimir Zelenskiyə, 44,1 faizi isə Pyotr Poroşenkonu dəstəkləyib. Sorğuda iştirak edənlərin 15 faizi isə hələ namizədini müəyyənləşdirmədiyini açıqlayıb. Səsvermədə iştirak edənlərin 55,8 faizi seçki məntəqələrinə dəqiq gedəcəyini, 17,6 faizi isə tərəddüd edərək, çox güman ki, gedəcəyini bildirib.
Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. Aprelin 19-da Kiyevin mərkəzi "Olimpiya” stadionunda hər iki namizədin iştirakı ilə debat olacaq. Ukrayna Daxili İşlər Nazirliyi debatlarda təxminən 60 min seçicinin iştirak edəcəyini proqnozlaşdırır.
Debatın təhlükəsizliyini 10 mindən çox polis qoruyacaq.