Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib

20-04-2019, 19:19 Baxış: 88
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
Milli Məclisin deputatı Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində Ukraynanın paytaxtı Kiyevdə bir sıra görüşlərdə iştirak edib.
Deputat bildirib ki, AŞPA nümayəndə heyətinin prezidentliyə namizədlər Petro Poroşenko və Vladimir Zelenskinin nümayəndələri ilə görüşlərində seçki kampaniyasının aparılması, seçki qanunvericiliyinin tələblərinin qorunması, şəffaf və ədalətli seçkilərin təmini məsələləri müzakirə edilib.
AŞPA nümayəndə heyətinin ATƏT PA-nın, Avropa Parlamentinin, NATO PA-nın müşahidə missiyaları, Ukraynanın Mərkəzi Seçki Komissiyasının sədri ilə keçirilən görüşlərində Ukraynada seçki mühiti müzakirə olunub.
Müzakirələr zamanı vurğulanıb ki, seçkilərin demokratik və ədalətli keçirilməsi üçün bütün qüvvələr səfərbər edilməlidir.
Deputat deyib ki, o, səsvermə günü Kiyev şəhəri və Kiyev vilayətində yerləşən məntəqələrdə müşahidə aparacaq.
Xatırladaq ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçiriləcək.
Seçkilərin birinci turu martın 31-də keçirilib.