Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub - VIDEO

21-04-2019, 20:22 Baxış: 61
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub - VIDEO
Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə prosesi xırda texniki problemləri çıxmaq şərti ilə çox yaxşı təşkil olunub.
Bu fikri Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində səsvermə prosesini izləyən Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev söyləyib.
Onun sözlərinə görə, məntəqələrdə seçici fəallığı müşahidə edilir.
AŞPA müşahidə missiyası 20-dən çox məntəqədə olub.
Daha bir məntəqədə bülletenlərin sayılması prosesini izləyəcəklər.
N.Həmzəyev bildirib ki, sabah səhər AŞPA müşahidə missiyası seçkilərlə bağlı yekun münasibətini açıqlayacaq.