Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Azərbaycanlı deputat Ukraynadakı prezident seçkilərində səs verib?

23-04-2019, 11:15 Baxış: 52
Azərbaycanlı deputat Ukraynadakı prezident seçkilərində səs verib?
Milli Məclisin deputatı Rüfət Quliyevin Ukraynada ötən gün keçirilmiş prezident seçkilərinin ikinci turunda səs verməsi ilə bağlı məlumat yayılıb.
Məlumatda Rüfət Quliyevin Ukrayna seçkilərindəki səsvermədə iştirakını əks etdirən fotoşəkilləri də dərc edilib və iddia olunub ki, deputatın ikili vətəndaşlığı var.
Məsələ ilə bağlı açıqlama verən Rüfət Quliyev bu məlumatı təkzib edib və seçkilərdə müşahidəçi qismində iştirak etdiyini deyib: "Ukraynada keçirilən seçkiləri müşahidə etmək üçün həm birinci, həm ikinci turunda rəsmi şəkildə bu ölkəyə ezam olunmuşam. Mən 2008-ci ildən bu günədək 11 il ərzində müşahidəçi, qrup rəhbəri qismində MDB ölkələrinin hamısında müşahidəçi kimi istər prezident, istər referendum, istərsə də parlament seçkilərində iştirak etmişəm. Bundan başqa, mən Ukrayna-Azərbaycan parlamentlərarası İşçi qrupun rəhbəriyəm və təbii ki, orada keçirilən seçkiləri müşahidə etmişəm. Seçkilərdə çəkilən fotolara nəzər yetirsəniz, mənim döşümdə deputat nişanının olduğunu görərsiniz.
Ukrayna bizim üçün strateji müttəfiqdir.
Əlbəttə ki, buna görə bu ölkədə keçirilən seçkilərə Azərbaycan müşahidəçi göndərib”, - deputat bildirib.