Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Bu gün Əflatun Amaşovun ad günüdür

26-04-2019, 15:08 Baxış: 78

 

Bu gün Əflatun Amaşovun ad günüdürBugün Azərbaycan Mətbuat Şurasının sədri, tanınmış yazıçı və publisist, Milli Məclisin deputatı Əflatun Amaşovun 62 yaşı tamam olur. 

O, 26 aprel 1957-ci ildə Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Millət vəkili müstəqil Azərbaycan mətbuatının formalaşması və inkişafına böyük töhfələr verib. O jurnalistika sahəsində çox saylı kitabların və dərs vəsaitlərinin müəllifidir. Jurnalistlərin  qarşılaşdığı çətinlikləri daim diqqətdə saxlayan və sosial problemlərinin həllinə dəstək göstərən Əflatun müəllim sözün əsl mənasında onların dostudur.  

Əflatun Amaşov 1985-1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri, 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. O vaxtdan indiyə kimi keçirilən bütün qurultaylarda dəfələrlə bu vəzifəyə seçilmək hüququ qazanıb. Sonuncu dəfə bu vəzifəyə 2018-ci ildə seçilib.

Əflatun Amaşov Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.

Dəyərli insan, millət vəkili Əflatun Amaşovu doğum günü münasibətilə təbrik edirik, ona can sağlığı,  mənalı və sağlam ömür yolu, əmək fəaliyyətində uğurlar arzulayırıq!