Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Estoniyada nazirə qarşı cinayət işi açılıb

30-04-2019, 06:47 Baxış: 54
Estoniyada nazirə qarşı cinayət işi açılıb
Estoniyada nazirə qarşı məişət zorakılığı ilə bağlı cinayət işi açılıb.
Bu barədə ölkənin teleradio yayım şirkəti ERR-ə istinadən xəbər verir. Ədliyyə naziri Rayvo Aeqin verdiyi məlumata görə, informasiya texnologiyaları və xarici ticarət naziri Marti Kuuzik barəsində yoxlama keçirilib, onun nəticələri üzrə cinayət işi qaldırılıb. Nazir qeyd edib ki, araşdırmalar zamanı ciddi ittihamlar ortaya çıxıb və fiziki zorakılığın tətbiqi maddəsi üzrə cinayət işinin qaldırılması barədə qərar qəbul edilib. Hüquq-mühafizə orqanları kütləvi informasiya vasitələrlərində dərc edilmiş faktları araşdırmağa davam edir. Daha əvvəl yerli mətbuat bildirib ki, nazir Marti Kuuzik bir neçə il keçmiş həyat yoldaşını mənəvi və fiziki üsulla ələ salıb.