Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Ukraynada prezident seçkilərinin nəticələri rəsmi qəzetdə dərc edilib

3-05-2019, 07:39 Baxış: 52
Ukraynada prezident seçkilərinin nəticələri rəsmi qəzetdə dərc edilib
Ukraynada prezident seçkilərinin nəticələri rəsmi "Hökumət kuryeri" qəzetində dərc edilib.
TASS xəbər verir ki, bu andan Vladimir Zelenski səsverməsinin ikinci turunun qalibi seçilmiş prezident hesab edilir.
Rəsmi qəzetdə məlumatın dərc edilməsindən sonrakı 30 gün ərzində seçilmiş dövlət başçısının inaqurasiyası mərasimi keçirilməlidir.
Ukraynanın Mərkəzi Seçki Komissiyası aprelin 30-da prezident seçkilərinin son rəsmi nəticələrini elan edib.
İkinci turda 73,22 faiz səs almış Zelenski qələbə qazanıb. Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko isə 24,45 faiz səs yığıb.