Bakı 29° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9127
  • RUB0.0270
  • NEFT$63.78
^
XƏBƏR LENTİ

Xələf Xələfov yenidən xarici işlər nazirliyinə qayıtdı

Xələf Xələfov yenidən xarici işlər nazirliyinə qayıtdı
Xələf Xələfov Azərbaycan Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunub.
Bu barədə Prezident İlham Əliyev Sərancam imzalayib.
Dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.
Xələf Xələfov kimdir?
O, 1959-cu ildə Ermənistanda anadan olub. Kiyev Dövlət Universitetini bitirib.
Daxili İşlər Nazirliyində inspektor işlədikdən sonra, 1991-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi vəzifəsində çalışıb.
1997-ci ildə Azərbaycan Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunub.
13 dekabr 2018-ci ildə Xələf Xələfov Nazirlər Kabinetində Aparatın rəhbəri vəzifəsinə təyin edilmişdi.