Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Gürcüstan dövləti və xalqı Heydər Əliyevin dəstəyini heç vaxt unutmayacaq

8-05-2019, 08:24 Baxış: 21
Gürcüstan dövləti və xalqı Heydər Əliyevin dəstəyini heç vaxt unutmayacaq
Gürcüstan dövləti və xalqı Heydər Əliyevin dəstəyini heç vaxt unutmayacaq.
Heydər Əliyevin təşəbbüsü ilə bölgədə genişmiqyaslı iqtisadi layihələr həyata keçirilib. Bu gün də davam edən layihələr Gürcüstan üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bu sözləri Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili jurnalistlərə müsahibəsində söyləyib.
O qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında əsrlərboyu qardaşlıq və dostluq münasibətləri olub. Bu münasibətlərin daha da möhkəmlənməsində Heydər Əliyevin və Eduard Şevardnadzenin böyük xidmətləri olub. "Bu gün də davam edən dostluğumuza, inkişafımıza görə bu iki tarixi şəxsiyyətə borcluyuq”, - deyə qubernator vurğulayıb.