Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Avroliqa finalının Bakıda keçirilməsi... - İrland jurnalist

14-05-2019, 07:27 Baxış: 10
Avroliqa finalının Bakıda keçirilməsi... - İrland jurnalist
Avroliqanın final oyununun məhz Bakıda keçirilməsi təəccüblü deyil.
Çünki Bakı 2015-ci ildə birinci Avropa Oyunlarını təşkil edib, Formula 1 Qran-Prisinin ev sahibidir.
Bu sözləri "Irish Daily Star” qəzetinin idman üzrə aparıcı yazarı Kiran Kaninqham özünün Tvitter səhifəsində qeyd edib. İrlandiyalı jurnalist bildirib ki, bundan əlavə Bakı 2020-ci ildə keçiriləcək Avropa çempionatının dörddəbir final mərhələsi olmaqla, ümumilikdə dörd oyuna da ev sahibliyi edəcək.
"Azərbaycan irimiqyaslı idman tədbirlərinə ev sahibliyi edən əsas ölkələrdən biridir”, - deyə K.Kaninqham fikrini tamamlayıb.
Qeyd edək ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin "Arsenal” və "Çelsi” klubları arasında baş tutacaq.