Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Naxçıvana yeni iqtisadiyyat naziri təyin edilib

14-05-2019, 18:37 Baxış: 7
Naxçıvana yeni iqtisadiyyat naziri təyin edilibTapdıq Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.   
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də bununla bağlı fərman imzalayıb. Fərmanla Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.
Qeyd edək ki, T.Əliyev bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.