Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Kral Salman Prezident İlham Əliyevi təbrik edib

20-05-2019, 19:01 Baxış: 29
Kral Salman Prezident İlham Əliyevi təbrik edib
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir:
"Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm".