Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Skripal ilk dəfə Rusiya ilə əlaqə yaratdı

23-05-2019, 17:28 Baxış: 632
Skripal ilk dəfə Rusiya ilə əlaqə yaratdı
Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal Solsberi şəhərində zəhərlənməsindən sonra ilk dəfə qohumları ilə əlaqə saxlayıb.
Sergey Skripal Yaroslavl şəhərində yaşayan qohumu Viktoriya Skripala zəng vurub. Məlumata görə, Viktoriya əlaqəyə çıxmadığı üçün Sergey Skripal ona səsli mesaj yollayıb.
Bildirilib ki, Skripal qohumları ilə mayın 9-da əlaqə saxlayıb.
O, Viktoriya və yoldaşının işlərinin necə olması ilə maraqlanıb, yaxınlarını və anasını Qələbə günü münasibətilə təbrik edib.
Mesajının sonunda özü və qızı barədə danışan keçmiş kəşfiyyatçı vəziyyətlərinin normal olduğunu qeyd edib.