Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Gürcüstanın Baş naziri KİV nümayəndələrini sərhəd məsələsini reallıq əsasında işıqlandırmağa dəvət edib

26-05-2019, 23:48 Baxış: 210
 Gürcüstanın Baş naziri KİV nümayəndələrini sərhəd məsələsini reallıq əsasında işıqlandırmağa dəvət edib
Sərhədlərin demarkasiya prosesi çətin prosesdir.
Lakin mən əminəm ki, bütün çətinliklərə baxmayaraq, bu proses Gürcüstan ilə Azərbaycan arasında mövcud olan dostluq və starteji tərəfdaşlıq münasibətləri çərçivəsində başa çatacaq.
Bu fikirləri jurnalistlərə müsahibəsində Gürcüstanın Baş naziri Mamuka Baxtadze söyləyib.
Hökumət başçısı kütləvi informasiya vasitələrinin nümayəndələrini məsələnin həssaslığını nəzərə almağa və prosesi reallığa əsaslanaraq işıqlandırmağa dəvət edib. İyunun ikinci yarısında tərəflər arasında növbəti görüşün keçiriləcəyini vurğulayan M.Baxtadze deyib: "İnanıram ki, Gürcüstan ilə Azərbaycan arasında sərhədin delimitasiyası ölkələrimiz arasındakı strateji tərəfdaşlıq ruhuna uyğun başa çatacaq”.