Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Vladimir Zelenski azərbaycanlıya Ukrayna vətəndaşlığı verib

29-05-2019, 09:02 Baxış: 112
Vladimir Zelenski azərbaycanlıya Ukrayna vətəndaşlığı verib
Ukrayna prezidenti Vladimir Zelenski bu ölkədə yaşayan azərbaycanlıya ölkə vətəndaşlığı verib.
Ukrayna mətbuatı xəbər verir ki, bununla bağlı dövlət başçısının rəsmi saytında yerləşdirilmiş fərmanda bildirilir. Fərmana əsasən 1990-cı ildə Azərbaycanda anadan olmuş, hazırda Kiyev şəhərində yaşayan Səmədzadə Emin İzzət oğlu Ukrayna vətəndaşlığını qəbul edib.
 E. Səmədzadə Kiyev şəhərindəki A.A.Boqomolets adına Milli Tibb Universitetində təhsil alıb. O, "Ukraynada istedadlar var” adlı teleşouda vokal ifaçısı kimi çıxış edərək teleşounun yarımfinalçısı olub. E.Səmədzadə bundan əlavə, "Ukraynada Azərbaycan Gəncləri İttifaqı” təşkilatının fəal üzvüdür.