Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Jurnalist Fuad Abbasov aclıq aksiyasına başlayıb

7-06-2019, 13:30 Baxış: 14
Jurnalist Fuad Abbasov aclıq aksiyasına başlayıb
Bu gün Moskva vilayət məhkəməsində Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb və Ximski şəhər məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Ardınca F.Abbasov qərarın qüvvədə saxlanılmasına etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb.
"Mən bu gündən aclıq aksiyasına başlayıram.
Çünki bu gün Azərbaycana getməli idim, lakin hava limanı yolunda olarkən, maşını döndərib, məni Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə gətirdilər. Mən bununla razı deyiləm. Ya məni Azərbaycana göndərsinlər, ya da sərbəst buraxsınlar. Buna görə də aclıq aksiyasına başlayıram", - deyə F.Abbasov məhkəmə qərarından sonra yaydığı səs yazısında bildirib.
Azərbaycanlı jurnalist F.Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan edilib.
Qərar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusu əsasında çıxarılıb.
Qeyd edək ki, F.Abbasov bu gecə Moskva-Bakı təyyarə reysi ilə Rusiyadan Azərbaycana deportasiya olunmalı idi.