Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Prezident Kasım-Jomart Tokayev seçkilərdə səs verib

9-06-2019, 09:26 Baxış: 227

Prezident Kasım-Jomart Tokayev seçkilərdə səs verib

Qazaxıstanın Prezidenti vəzifəsini icra edən Kasım-Jomart Tokayev prezident seçkilərində səs verib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Yerli vaxtla saat saat 10:00-a (Bakı vaxtı ilə saat 8:00-a) olan məlumata görə, Qazaxıstanda seçicilərin 12,8 faizi prezident seçkilərində səs verib. Bu barədə isə ölkənin Mərkəzi Seçki Komissiyasının üzvü Ağılbek İhdanov bildirib. Onun sözlərinə görə, ən yüksək seçici fəallığı Akmolinsk vilayətində qeydə alınıb. Bu vilayətdə seçicilərin 20,5 faizi dəstəklədikləri namizədə səs veriblər. Ən az seçici fəallığı Alma-Atıda olub – 4,1 faiz.
Qeyd edək ki, ölkədə 12 milyona yaxın seçici var. Bu, Qazaxıstanda 6-cı prezident seçkiləridir.
Ölkəyə 30 ilə yaxın rəhbərlik etmiş Nursultan Nazarbayev martın 20-də səlahiyyətlərinin icrasını dayandırıb. Bununla əlaqədar dövlət başçısı Kasım-Jomart Tokayev olub.
O, bu vəzifəyə qədər parlamentin yuxarı palatasının sədri vəzifəsini icra edib. Tokayev səlahiyyətlərinin icrasına başladıqdan 3 həftə sonra növbədənkənar seçkilər təyin edib.