Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

"Təmayül siniflərini bitirənlər qəbul imtahanında daha yüksək nəticə qazanırlar"

14-06-2019, 10:22 Baxış: 14
"Təmayül siniflərini bitirənlər qəbul imtahanında daha yüksək nəticə qazanırlar"
"İlkin təhlillər göstərir ki, təmayül siniflərini bitirən məzunlar ali məktəblərə qəbulda daha yüksək nəticələr əldə edirlər və akademik nailiyyətləri ilə fərqlənirlər”.
Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir xatırladıb ki, hazırda 2 140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib: "Bu da X-XI siniflərdə təhsil alan şagirdlərin, təxminən, 30 faizini təşkil edir. Təmayül siniflər üçün tədris planları və proqramları hazırlanmış və tətbiq edilib”.
O qeyd edib ki, qarşıda ölkə üzrə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, əhatə dairəsinin daha da genişləndirilməsi, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi vəzifəsi dayanır.