Bakı 29° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9127
  • RUB0.0270
  • NEFT$63.78
^
XƏBƏR LENTİ

Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

23-06-2019, 23:20 Baxış: 71
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Monteneqronun Baş naziri Duşko Markoviç Azərbaycana rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Monteneqronun Baş naziri Duşko Markoviçi hava limanında Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan və Monteneqronun dövlət himnləri səsləndirilib.