Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilmiş konfrans keçirilib

5-07-2019, 11:42 Baxış: 20
Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilmiş konfrans keçirilibBu gün Respublika Ağsaqqallar Şurası və "Azərbaycan" qəzetinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilmiş "Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf" mövzusunda konfrans keçirib.
Tədbirin açılışında çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi gün Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub. F. Heydərov qeyd edib ki, SSRİ-də iqtisadi inkişaf baxımından sonuncu yerdə olan Azərbaycan Heydər Əliyevin hakimiyyəti illərindən ilk yerlərdə qərarlaşıb: "Azərbaycan sürətlə inkişaf etdi və Sovetlər İttifaqının ən qabaqcıl ölkələrindən birinə çevrildi, Azərbaycan yüksək zirvələrə qalxdı. Heydər Əliyev Azərbaycan xalqını ayağa qaldırdı, rifahını yaxşılaşdırdı. Ümumilli lider həqiqətən böyük Vətənşünas, xalqın gələcəyini görən filosof, ilahi qüvvəyə malik bir şəxsiyyət idi". Respublika Ağsaqqallar Şurasının sədri nəzərə çatdırıb ki, Heydər Əliyev repressiya qurbanı olan insanların bəraət almasını təmin edib, Hüseyn Cavid kimi böyük ziyalının qəbri Sibirdən Azərbaycana gətirilib: "Heydər Əliyev sonradan Moskvada fəaliyyəti ilə Azərbaycanı dünyaya tanıtdı. Təəssüf ki, qısa müddətdə paxılların, xainlərin, xalqımızın düşmənlərinin qurduğu planlar nəticəsində Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldı və Naxçıvana qayıtdı". Azərbaycanın 1990-1993-cü illərdə üzləşdiyi problemlərdən, torpaqlarımızın işğalından danışan F. Heydərov deyib ki, Heydər Əliyev Naxçıvanı işğaldan qoruyub: "Xalqımız Heydər Əliyevi bir daha qiymətləndirdi və onu hakimiyyətə qaytardı. 15 iyun 1993-cü il Azərbaycan xalqının tarixində şanlı səhifələrdən biridir. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiyyətə qədər davam etməsi üçün bir yol müəyyənləşdirdi. Bu yol bu gün övladı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dünyada hörmətlə qarşılanan Azərbaycan Heydər Əliyevin seçdiyi yolun nə dərəcədə uğurlu yol olduğunu göstərir. Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin tolerant şəraitdə yaşadığı bir dövlətdir. Azərbaycan iqtisadi, mədəni və digər sahələrdə inkişafın nümunəsidir. Mən Azərbaycan xalqını Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü münasibəti ilə təbrik edirəm". "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov F. Heydərovun Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü ilə bağlı tədbir keçirilməsini təklif etdiyini deyib: "Biz bu təklifi çox məmnuniyyətlə qəbul etdik. Heydər Əliyev öz fəaliyyəti ilə müasir Azərbaycan dövlətinin memarı, qurucusu oldu, Heydər Əliyev kursu yaratdı, İlham Əliyev kimi özünün layiqli varisini yetişdirdi. Bir məqamı da deyim. Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Azərbaycan aqrar respublika idi, neft sənayesi bərbad idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra iqtisadiyyat sürətlə inkişaf etdi, Azərbaycan sənaye aqrar ölkəsinə çevrildi". Müstəqillik illərində Heydər Əliyevin fəaliyyətindən danışan B.Sadıqov hazırda Azərbaycanın dünyada sayılıb-seçilən bir dövlət olduğunu vurğulayıb: "Biz Heydər Əliyevi hörmətlə anırıq və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı inkişaf etdirməliyik". Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov xalqımızı fəlakətdən xilas etməyin sanki Heydər Əliyevin taleyinə yazıldığını söyləyib. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Heydər Əliyevin sovetlər dönəmində və müstəqillik illərində fəaliyyətindən söz açıb: "1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ölkəni parçalanmaqdan, dağıntılardan xilas etdi. Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda uğurla həyata keçirilir. Biz bu gün fəxr edirik ki, müstəqil Azərbaycanın vətəndaşlarıyıq". Tədbir çıxışlarla davam edib.