Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Boris Conson Baş Nazir postuna seçkilərdə inamlı qələbəyə doğru irəliləyir

6-07-2019, 13:03 Baxış: 162
Boris Conson Baş Nazir postuna seçkilərdə inamlı qələbəyə doğru irəliləyir
Boris Conson Mühafizəkarlar partiyasının yeni lideri və Böyük Britaniyanın Baş Naziri postuna seçkilərdə inamlı qələbəyə doğru irəliləyir.
"Times” qəzeti xəbər verir ki, bu barədə məlumat "YouGov” sosiologiya xidmətinin apardığı tədqiqatda yer alıb. Sorğunun nəticələrinə əsasən, mühafizəkarların 74 faizi seçkilərdə Boris Consona səs verəcəyini bildirib.
Onun rəqibi, ötən il Böyük Britaniyanın Xarici İşlər naziri postunda Consonu əvəzləyən Ceremi Hant isə partiya üzvlərinin yalnız 26 faizinin dəstəyini qazanıb. Tədqiqat nəticəsində, həmçinin məlum olub ki, tori üzvlərinin əksəriyyəti üçün seçim edən zaman "sərt Brexit” ehtimalının həddən artıq yüksək olması əngəl yaratmayıb.
Belə ki, respondentlərin 90 faizi Baş Nazir postuna seçildikdən sonra Boris Consonun Brexit prosesi barədə hər hansı bir saziş olmadan ölkəni Avropa İttifaqından çıxaracağını düşünür.
Rəyi soruşulanların yalnız 27 faizi Ceremi Hantın da belə addım ata biləcəyini ehtimal edir.