Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Putindən onu söyən jurnalistə qarşı - İnanılmaz addım

9-07-2019, 18:03 Baxış: 12
Putindən onu söyən jurnalistə qarşı - İnanılmaz addım
Hər hansı cinayət işi başlamaq onun üçün böyük şərəf olar.
Bunu Rusiya Prezidenti Vladimir Putin Gürcüstanda "Rustavi 2” telekanalının aparıcısına cinayət işi açılması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.
"Qoy, o, bundan sonra da işləsin”, - deyə V. Putin vurğulayıb. Qeyd edək ki, bu günlərdə "Rustavi 2” telekanalının aparıcısı Girogi Qabunia aparıcısı olduğu verilişdə Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib.
Bundan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib.
Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia yayımının dayandırıldığını bəyan edib. Daha sonra telekanal yayımını bərpa edib.
Aparıcı Giorgi Qabunianın 2 ay müddətinə kanalın efirindən uzaqlaşdırılmasına qərar verilib.
Bundan başqa, aparıcının telekanalın efirində yayımlanan istənilən proqramda iştirakı da qadağan edilib.